Azərbaycan komandası II Avropa Oyunlarına qələbə ilə başladı

21-06-2019 [15:59]
Azərbaycan milli Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Mia.az xəbər verir ki, boksçu Tayfur Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovla qarşılaşıb. 

56 kq çəki dərəcəsində yarışan Əliyev rəqini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

 O, 1/8 finalda Ukrayna təmsilçisi Mukola Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.


SON XƏBƏRLƏR