Şəkidə yanacaqdaşıyan maşın yandı

img

21-06-2019 [15:27]


Şəki şəhərində "Ruslan” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb.

Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR