Nazir 28 nəfəri qəbul etdi

img

21-06-2019 [14:20]


Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

Mia.az KTN-ə istinadla bildirir ki, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutmuş qəbulda 28 nəfərin müraciətinə baxılıb.  

Daha sonra nazirin iştirakı ilə "Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlara lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 41 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib. Bununla yanaşı, 8 ədəd kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilib və daha 8 ədəd texnika isə dövlət qeydiyyatına alınıb, 1 nəfər isə sürücülük vəsiqəsi almaq üçün imtahan verib. 

Bu gün həmçinin nazir müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Şamaxı və Ağsu rayonundan olan vətəndaşları, digər nazir müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Göyçay və Ağdaş rayonundan olan vətəndaşları qəbul edib. Şamaxıda keçirilən vətəndaş qəbulunda 11, Göyçayda keçirilən vətəndaş qəbulunda isə 7 vətəndaşın müraciətinə baxılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR