Nazir mətbuat katibini azad etdi, vitse-spikerin bacanağına vəzifə verildi

img

21-06-2019 [13:39]


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.

Bunu R.Vəziroğlu özü bildirib. 

Onun sözlərinə görə, bu vəzifədə 3 il yarım çalışıb. 

Hazırda Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi vəzifəsini uzun illər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi olmuş Murtuzəli Hacıyev icra edir/Report.

Mia.az xəbər verir ki, M.Hacıyev vitse-spiker Ziyafət Əsgərovun yaxın qohumu, daha dəqiqi, bacanağıdır.

Qeyd edək ki, bu ilin yanvarın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR