Tbilisidə gərginlik pik həddə: 240 nəfər xəsarət alıb, 102 nəfər xəstəxanaya yerləşdirilib

21-06-2019 [13:30]

Tbilisidə keçirilən etiraz aksiyalarında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib.

"1tv" xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin birinci müavini Zaza Boxua xəsarət alanları ziyarət etmək üçün getdiyi İnqorokva klinikasında bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, ikisi isə əməliyyat olunur.

Bundan əlavə, parlament binası qarşısındakı etiraz aksiyalarında xəsarət alan iki nəfərin gözü cərrahi müdaxilə ilə götürülüb/Report.



SON XƏBƏRLƏR