"Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər, biz buna hazırıq" - Deputatdan şok açıqlama

21-06-2019 [10:49]

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyirik. Baş Assambleyanın sessiyası İrəvanda keçirilmişdi, biz orada iştirak edirdik. Amma biz burada erməni nümayəndələrini görmürük”.

Bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev deyib.

O, Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini də qaldırıb: "Erməni separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar göstərir ki, ermənilər qeyri-konstruktiv mövqedədirlər”.

E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq Azərbaycan itkilərə məruz qalır: "Bu yaxınlarda iki hərbiçimiz şəhid olub. Onlardan biri mayor, o biri isə əsgər olub. Təəssüflər olsun ki, Ermənistanın müdafiə naziri həmin erməni hərbçiləri mükafatlandırıb. Bizim parlament və digər səviyyələrdə apardığımız səylər nəticəsini vermir. Bizim vətəndaşlarımızın hüquqları bu gün də ermənilər tərəfindən pozulur”.

Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: "Zəruri halda Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.

Report



SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...