Məktəblilər arasında keçirilən müsabiqənin nəticələri məlum oldu - Qaliblərin adları açıqlandı

img

20-06-2019 [17:38]


"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəblilər arasında keçirdiyi inşa və rəsm müsabiqəsinin qalibləri məlum olub.

Birlikdən Mia.az-a verilən məlumata görə, ümumilikdə müsabiqəyə respublikanın müxtəlif guşələrindən 52 şagird (34-ü inşa, 18-i isə rəsmlə) qatılıb. Onların müsabiqəyə təqdim etdiyi inşa və rəsmlər ekspertlər tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib. Ən çox bal toplayan dörd iştirakçı (2 nəfər inşa, 2 nəfər rəsm üzrə) müsabiqənin qalibi elan edilib.

Qalib gələn məktəblilər bunlardır:

1. Əliyeva Fidan İntiqam qızı, Bakı şəhəri, Sabunçu rayonu 255 nömrəli tam orta məktəbin 10 A sinif şagirdi – "Cəhalətlə siyasət arasında” mövzusunda yazdığı inşaya görə;

2. Zeynalov Qurban Elnur oğlu, Gəncə şəhər 40 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi – "Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır” mövzusunda yazdığı inşaya görə;

3. Əsgərova Mədinə Tural qızı, 34 saylı Zəngilan rayon orta məktəbinin 8-ci sinif şagirdi – "Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir” mövzusunda çəkdiyi rəsm silsiləsinə görə;

4. Avdıyev Rəhman Maarif oğlu, 23 saylı Zəngilan rayon tam orta məktəbinin 9-cu sinif şagirdi - "Fanatizmdən terrorizmə doğru qorxunc yol” mövzusunda çəkdiyi rəsmə görə.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsi, bu cərəyanlarla mübarizəyə təşviq edilməsidir.
Layihə çərçivəsində həmçinin təhsil müəssisələrində radikal dini qruplaşmalar əleyhinə təbliğati işlərin görülməsi nəzərdə tutulur. Bu təbliğatın stimullaşdırılması məqsədilə 31 may - 9 iyun 2019-cu il tarixlərində məktəblilər arasında "Cəhalətlə siyasət arasında”, "Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır”, "Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir”, "Dini radikalizm qadınlara qarşı təhdid vasitəsi kimi”, "Fanatizmdən terrorizmə doğru qorxunc yol”, "Xurafatçı və radikal dini cərəyanlar islamofobiyanın elementi kimi” mövzularında müsabiqə keçirilib.

Müsabiqə respublika üzrə orta məktəblərin 8, 9, 10 və 11-ci sinif şagirdlərini əhatə edib.

Müsabiqənin qaliblərinə müvafiq mükafat və diplomlar iyunun 21-də təqdim ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR