Ekspert naziri təhsildə məzhəkə yaratmaqda ittiham etdi: "Şoumeni dəvət edir, ancaq professoru yox..."

20-06-2019 [13:28]
"Dünən Təhsil nazirliyinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dedi ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı".

Mia.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev deyib.

 Təhsil eksperti bildirib ki, Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət ediblər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət yox: 

"Gerizəkalılığa diqqət edin: ən azında fizika üzrə qaliblərin ( bürünc medal olsa da olardlı) fizika- riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır.

 20-30 medalı təhsil dahisi Emin Əmrullayev verməkdənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi. Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəti Muxtarı (soyadını bilmirəm - E.Əliyev) da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi. 

Bütün bu məzhəkələr şagird uğurlarına kölgə sala bilməzdi, qalibləri səmimi qəlbdən təbrik edirəm".


SON XƏBƏRLƏR