Azərbaycanda işıq və qazın qiyməti endiriləcək?

20-06-2019 [10:19]
Baş nazirin müavini Əli Əhmədov deyib ki, əmək haqlarının artırılması hakimiyyətin ölkə əhalisi üçün son sürprizi deyil və əhalini çiçəklənmə gözləyir.

O, söhbətin nədən getdiyini konkretləşdirməyib.

 Lakin şayiələrə görə, payızda hakimiyyət əhali üçün qaz və elektrik enerjisinin qiymətini endirə bilər. Ancaq bu, bir çox halda neftin qiymətindən asılı olacaq.

Enerji daşıyıcılarının qiymətinin son artımı insanların cibinə böyük zərbə vurub və əvvəlki qiymətlərə qayıdış hakimiyyətin növbəti humanist addımı kimi qələmə veriləcək.

Turan


SON XƏBƏRLƏR