Siyasi məsələlər, Qarabağ... - Boltonla Məmmədyarov görüşdü + FOTO

img

19-06-2019 [22:36]


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Həmçinin ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layhələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

Görüşdə, eləcə də, geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR