Ərdoğandan kürdlərə jest, İmamoğluna isə ilginc mesaj: "Əhməd Kayanın məzarını gətirə bilərik"

19-06-2019 [20:13]
Bu gün Türkiyə Prezidenti Ərdoğan CHP-nin İstanbul bələdiyyəsinə namizədi Əkrəm İmamoğlunun məsuliyyətə cəlb ediləcəyi təqdirdə, seçkidəki qarşısının kəsiləcəyini deyib.

Mia.az xəbər verir ki, iki həftə əvvəl Orduda səfərdə olan İmamoğlunun şəhər valisinə "it" deməsi (İmamoğlu bu iddianı rədd edir, o, valiyə "it" deyil, "bəsit adam" dediyini bildirib - Mia.az) barədə müvafiq araşdırma aparılır: "Prokurorluğun Ordudakı olaylarla bağlı verəcəyi qərar İmamoğlunun önünü kəsə bilər".

Ərdoğan daha sonra İstanbuldakı kürd seçicilərə səslənib: "Terror problemi həll edilən kimi, kürd qardaşlarımla keçmişdə olduğu kimi, AKP yenə də bütünləşəcək. Bizim kürd seçicilərlə hər hansı işimiz ola bilməz, bizim terrora bulaşmış bəzi partiya idarəçiləri ilə problemimiz var".

Ərdoğan daha sonra kürd seçicilərə jest olaraq məşhur kürd müğınnisi, Fransada dəfn olunmuş Əhməd Qayadan söz açıb. Deyib ki, əgər ailəsi istərsə, onun məzarının Türkiyəyə gətirilməsi üçün gərəkli addımlar ata bilərlər.

Mia.az


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...