Prezident niyə bu qərarı verdi? - Təhlil

19-06-2019 [18:44]
Politolq Elxan Şahinoğlu Prezident İlham Əliyevin son qərarlarını təhlil edib.

Mia.az həmin təhlili təqdim edir:

***

Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də önəmli qərar verdi. Azərbaycanda minimum əmək haqqı 250 manata çatdırıldı. 

Beləliklə, cəmi 6 ay ərzində Azərbaycanda minimum əmək haqqı təxminən iki dəfə artırıldı. Bu ilin mart ayında minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılmışdı. Dövlət qulluqçularının maaşları 40 faiz artırıldı.

Prezidentin başqa fərmanına görə müəllimlərin, polislərin, hərbçilərin və digər peşə sahiblərinin də maaşları artırıldı. Maaşların artımına büdcədən təxminən 800 milyon manata qədər vəsait ayrılacaq. Bu kiçik məbləğ deyil. Azərbaycan müstəqilliyini qazandığı 26 ildə ilk dəfədir ki, maaşlar və pensiyalar bu qədər yüksək səviyyədə qaldırılır.

Prezident niyə bu qərarı verdi?

Birincisi, 2015-ci il devalvasiyasından sonra manatın dəyəri azalmışdı və bu azalma maaşlara da mənfi təsir etmişdi. Dollarin qiyməti iki dəfə qalxmışdı. Bu da yaşayış şərtlərini ağırlaşdırmışdı.

İkincisi, Azərbaycandakı maaşlar qonşu ölkələrdən, hətta Ermənistandan geri qalırdı. Buna görə də bu fərqi azaltmağa və ya tamamən ortadan qaldırmağa ehtiyac var idi.

Maaş və pensiyaların artımı müsbət hadisə olsa da, bunun inflyasiyanı və məhsulların qiymətlərinin artıracağı ehtimalı da səslənir. Azərbaycanda istehsal hələ zəifdir. Ona görə də Azərbaycanın əldə etdiyi valyutanın təxminən 90 faizi enerji resurslarının satışı ilə bağlıdır. Bu isə gələcəkdə müəyyən risqlər yaradır. Məsələni neftin 1 barrelinə görə qiyməti 60 dollardan aşağı enərsə bu büdcə proqnozlarına mənfi təsir edəcək, Azərbaycanın valtuya gəliri azalacaq. Hətta 1 dolların 2 manata yaxınlaşacağı proqnozları da verilir. Ona görə də sosial islahatlarla paralel rəqabətqabiliyyətli və ən başlıcası ölkəyə valyuta gətirən sahə və müəssisələrin istifadəyə verilməsi vacibdir. Bakıda, Sumqayıtda və müxtəlif bölgələrdə yaradılan sənaye parkları Azərbaycanın valtuya gəlirlərini artırmalı , eyni zamanda ölkənin enerji satışından asılılığını azatmalıdır. Məsələn tək elə Sumqayıtda iyunun 13-də istifadəyə verilən "SOCAR Carbamid” zavodu Azərbaycana ildə 160 milyon dollar gəlir gətirməlidir. 8-10 belə zavodun istismara verilməsi maaş və pensiyaların daha böyük həcmdə artırılmasına imkan verəcək.

Başqa bir yanaşma isə bundan ibarətdir ki, əslində maaş və pensiyaların artımına yönəldilən maliyyə vəsaitləri vaxtilə oliqarx nazirlərin qara kassaya (oxu: oğurladıqları) yönəltdikləri vəsaitlərdir. Həmin vəsaitləri büdcəyə yönətlməklə maaş və pensiya artırmına nail olundu.

Bütün hallarda maaş və pensiyaların artımı vacib idi. Maaş və pensiyaların artımı kasıblıq həddində yaşayanların vəziyyətinə nisbətən müsbət təsir etməlidir. Prezident sosial islahatları dərinləşdirməyə qərar verib. Prezident də anlayır ki, sosial problemləri həll etmək üçün birinci növbədə insanların yaşayış şərtləri yaxşılaşdırılmalıdır. Maaş və pensiyaların artımının parlament seçkisiylə əlaqələndirənlər də var. Yəni sosial islahatların sürətləndirilməsi növbədənkənar parlament seçkisi ilə əlaqəli ola bilər. Belə bir əlaqənin olub-olmadığını söyləmək çətindir, ancaq o da faktdır ki, parlamentin indiki tərkibi aparılan islahatların mahiyyətinə cavab vermir.




SON XƏBƏRLƏR