Nərimanovda maşın qaçıran şəxs saxlanıldı

img

19-06-2019 [18:16]


İyunun 18-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus "VAZ-2106” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR