19-06-2019 [14:16]
Bərbad vəziyyətdə olan Tovuz rayon Köhnəqala kənd orta məktəbinin əsaslı təmiri məsələsi gündəmdədir.
Mia.az-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, bu il dövlət proqramında bu təhsil müəssisəsinin binasının müasir standartlara uyğun bərpası nəzərdə tutulub.
Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə məktəbin binasının hazırki vəziyyəti ilə bağlı paylaşılan fotolar ciddi rezonans doğurmuşdu. Müxtəlif platformalarda məktəbin yarıdağılmış binası, elementar şərait olmayan sinif otaqlarının fotoları on minlərlə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmışdı və tənqid hədəfinə çevrilmişdi.
Köhnəqala kənd orta məktəbi 1980-ci ildə istifadəyə verilib və 640 yerlik bu təhsil müəssisəsi ötən 40 il ərzində bir dəfə də olsun əsaslı təmir olunmayıb. Məktəbin istilik sistemi, sanitar qovuşağı ümumiyyətlə, mövcud deyil, sinif otaqlarının şüşələri qırılıb, döşəmələr, tavan, divarlar dağılıb, elektrik sistemi bərbad durumdadır. Məktəbin invertarı da uzun illərdir yenilənməyib, partlalar, yazı löhvələri sınıq-saxlaqdır, madd-texniki vəsaitlər yox dərəcəsindədir.
Vaxtı ilə Azərbaycanın bir çox sahələrinə bacarıqlı kadrlar, mütəxəssislər bəxş edən orta məktəb bu ağır şəraitdə də kollektivin gərgin zəhməti ilə təhsildə yaxşı nəticələr əldə edə bilir, Tovuzda naliyyətləri olan təhsil müəssisələrindən biridir. Amma şəraitin dözülməz olması bir sıra ciddi problemlərə yol açır.
Artıq tədris müddəti başa çatıb, indi məktəbin kollektivi, şagirdlər, kənd sakinləri məktəb binasının tezliklə təmirinə başlanacağını gözləyirlər. Amma Təhsil Nazirliyi hələ ki, tələsmir, yeni dərs ilinə isə hər gün daha az vaxt qalır…
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb