Tovuzda xaraba görkəmində olan belə məktəb var - FOTOLAR

img

19-06-2019 [14:16]


Bərbad vəziyyətdə olan Tovuz rayon Köhnəqala kənd orta məktəbinin əsaslı təmiri məsələsi gündəmdədir.

Mia.az-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, bu il dövlət proqramında bu təhsil müəssisəsinin binasının müasir standartlara uyğun bərpası nəzərdə tutulub.

Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə məktəbin binasının hazırki vəziyyəti ilə bağlı paylaşılan fotolar ciddi rezonans doğurmuşdu. Müxtəlif platformalarda məktəbin yarıdağılmış binası, elementar şərait olmayan sinif otaqlarının fotoları on minlərlə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmışdı və tənqid hədəfinə çevrilmişdi.

Köhnəqala kənd orta məktəbi 1980-ci ildə istifadəyə verilib və  640 yerlik bu təhsil müəssisəsi ötən 40 il ərzində bir dəfə də olsun əsaslı təmir olunmayıb. Məktəbin istilik sistemi, sanitar qovuşağı ümumiyyətlə, mövcud deyil, sinif otaqlarının şüşələri qırılıb, döşəmələr, tavan, divarlar dağılıb, elektrik sistemi bərbad durumdadır. Məktəbin invertarı da uzun illərdir yenilənməyib, partlalar, yazı löhvələri sınıq-saxlaqdır, madd-texniki vəsaitlər yox dərəcəsindədir.

Vaxtı ilə Azərbaycanın bir çox sahələrinə bacarıqlı kadrlar, mütəxəssislər bəxş edən orta məktəb bu ağır şəraitdə də kollektivin gərgin zəhməti ilə təhsildə yaxşı nəticələr əldə edə bilir, Tovuzda naliyyətləri olan təhsil müəssisələrindən biridir. Amma şəraitin dözülməz olması bir sıra ciddi problemlərə yol açır.

Artıq tədris müddəti başa çatıb, indi məktəbin kollektivi, şagirdlər, kənd sakinləri məktəb binasının tezliklə təmirinə başlanacağını gözləyirlər. Amma Təhsil Nazirliyi hələ ki, tələsmir, yeni dərs ilinə isə hər gün daha az vaxt qalır…


Digər xəbərlər
SON XƏBƏRLƏR