Zaqatala sakini 5 kr narkotiklə tutuldu

img

19-06-2019 [10:39]


Zaqatala rayonunda yerli sakin külli miqdarda narkotik maddə ilə saxlanılıb.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub. 

Keçirilmiş tədbirlərin davamı olaraq R.Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kiloqram 745 qram və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR