Ermənistanın xarici işlər naziri həmsədrlərlə görüşdü

19-06-2019 [10:20]
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri – Endryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb. 

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan "Facebook” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. 

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda həmsədlərin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək. 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq/Report.


SON XƏBƏRLƏR