AzTV sədri "Fəxri fərman"la təltif olundu - FOTO

18-06-2019 [23:31]
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Azərbaycan mediası qarşısındakı xidmətlərinə və Televiziya məkanındakı səmərəli fəaliyyətinə görə "Yubiley" münasibətilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Fəxri fərmanı ilə təltif olunub.

Bu barədə Mia.az-a Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mükafatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov yubilyara təqdim edib və ona fəaliyyətində yeni-yeni uğurlar arzu edib.


SON XƏBƏRLƏR