Kazanda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir - FOTOLAR

img

18-06-2019 [23:22]

İyun ayının 16-da Tatarıstanın Kazan şəhərində Azərbaycan Milli Mədəni Muxtariyyəti tərəfindən Xalqlar Dostluğu evində (Kazan, Pavlyuxin küç., 57) Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Kazanda yaşayan azərbaycanlı ziyalılar, tələbə və gənclər, həmçinin bir sıra iş adamları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə tarixçi, "Odlar Yurdu” qəzetinin baş redaktoru Vasif Abdullayev açıb. 

Qonaqlardan tarixiçi Rafayıl Həsənov, şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov və psixoloq-ilahiyyatçı Bəhruz Camal İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışıblar. 

Tədbirdə Nəsiminin şeirləri və saz ifası səsləndirilib.

Kazanda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir

Digər xəbərlər
SON XƏBƏRLƏR