Çavuşoğlu İrana gedir

18-06-2019 [21:05]
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 20-də İrana səfər edəcək.

"Mehr” xəbər verir ki, səfər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti üzrə həyata keçiriləcək.

Bildirilib ki, Mövlud Çavuşoğlu ilk dəfə keçirilməsi gözlənilən İran-Türkiyə Strateji Ortaq Planlaşdırma Komissiyasının Toplantısında iştirak etmək üçün İsfahan şəhərinə gedəcək. Tədbir iyunun 21-də keçiriləcək/Report.


SON XƏBƏRLƏR