MN-dən ermənilərin Qarabağa 10 minlik əsgər toplaması haqda açıqlama: "İzlənirlər" + VİDEO

18-06-2019 [17:54]
"İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı "geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır".

Mia.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada daha sonra deyilir:

"Bildiririk ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni "geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar".




SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...