"Həddindən artıq ciddi və diqqətli olmalıyıq"

img

18-06-2019 [17:33]


"Ciddi rəqiblə qarşılaşacağıq".

 Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması nəticəsində rəqib olduqları Albaniya "Partizani"si barədə danışarkən deyib.

 47 yaşlı mütəxəssis bildirib ki, Albaniya klubları çox intizamlı oyun göstərirlər: "Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR