Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli oldu

18-06-2019 [17:10]
Bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Mia.az xəbər verir ki, komandamız Albaniyanın "Partizani" komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. "Qarabağ" ilk matçını səfərdə keçirəcək. 


SON XƏBƏRLƏR