Boltondan maraqlı açıqlama: "Mən də Çini təmsil etsəydim, belə deyərəm..."

18-06-2019 [16:23]
ABŞ prezidenti Donald Tramp START-3 (Strategic Arms Reduction Treaty) sazişinin uzadılmasına dair müzakirələrə Çini cəlb etmək istəyir.

"RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

Müşavir "bizdə nüvə silahı azdır, ona görə də sazişə qoşulmağımız ədalətsizlik olardı" deyərək, bildirib ki, Çinin sazişdən kənar qalması ona hərbi potensialını sonsuz dərəcədə artırmağa imkan verir.

"Mən də Çini təmsil etsəydim, belə deyərəm. Amma üçtərəfli saziş çərçivəsində işləyəcək model tapmaq və ya digər nüvə nəhənglərini cəlb etmək imkanını nəzərdən keçirmək lazımdır", - o əlavə edib/Report.


SON XƏBƏRLƏR