Bu dövlət əmlakları özəlləşdirildi - SİYAHI

18-06-2019 [16:11]

Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən iyunun 18-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Mia.az Komitəyə istinadla xəbər verir ki, hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak edib.

İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada verib. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.

Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapıb. İştirakçı sahəsi 109.5 kv.m olan dövlət obyektini 1750 manata özəlləşdirib.

Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdə özəlləşdirilən kiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110.8 kv.m sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi olub.

Bu dəfə hərracda nəqliyyat vasitələri rəqabət yaradıb. Buraxılış tarixi 2001 olan Hyundai Choros markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunub.

Hərracda 2 iştirakçı arasındakı rəqabət ilə avtomobilin son qiyməti 5 min 450 manata yüksəldi. UAZ markalı avtomobilin hərracı 3 sifarişçinin iştirakı ilə keçib. 2 min 450 manat təklif edən iştirakçı tərəfindən nəqliyyat vasitəsi özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq istəyən şəxslər Özəlləşmə portalına (privatization.az) daxil ola bilər.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 25 iyun tarixində keçiriləcək.

Hərraca 37 nəqliyyat vasitəsi çıxarılıb.

İstehsal tarixləri 1996-2010 olan avtomobillər Mercedes, Renault, Fiat və digər markalara aiddir. Dövlət əmlakları üzrə seçim etmək və hərracda iştirak statusu qazanmaq üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.



SON XƏBƏRLƏR