Gecə parkda kişini bıçaqlayan qadın... - Məhkəməsi başladı

img

18-06-2019 [15:18]


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər. Onlar deyiblər ki, G.Qasımova öldürdüyü R.Hüseynovla yaxın münasibətdə olub.

Proses iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında gecə saatlarında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub. O, R.Hüseynovu gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. G.Qasımova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR