Azərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlı

img

18-06-2019 [13:22]


Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə iyulun 15-də BMT-yə ikinci hesabat təqdim edəcək.

Mia.az xəbər verir ki, bu barədə jurnalistlərə Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov açıqlama verib.

O bildirib ki, milli hesabatlar hər dəfə müxtəlif mövzular üzrə hazırlanır: "Bu dəfə ki, mövzular isə Azərbaycanda təhsilin, səhiyyənin inkişafı ilə əlaqədardır. İnsan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər BMT-yə təqdim olunacaq ikinci hesabatda öz əksini tapacaq. Hesabatla bağlı icmal isə artıq BMT-nin saytında yerləşdirilib. Bu yaxınlarda hesabat da saytda yerləşdiriləcək. Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsindən ibarətdir. Hesab edirəm ki, Azərbaycan da sürətlə dəyişən bir ölkə kimi bu proqramın həyata keçirilməsində yaxından iştirak edəcək. Azərbaycan indiyə qədər milli hesabatını ikinci dəfə BMT-yə təqdim edən 14 ölkədən biridir".

Digər xəbərlər
SON XƏBƏRLƏR