Misirin sabiq prezidenti qəfil öldü - Məhkəmə zalında

17-06-2019 [20:05]
Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, bu gün keçirilən məhkəmə zalında qəfil həyatını itirib.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə "Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 

2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində "Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 

2012-ci ildə Misir prezidenti seçilib. 

Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunmuşdu.

2015-ci ildə barəsində edam qərarı verilsə də, şikayət səbəbindən icrası həyata keçirilməmişdi. 

O vaxtdan bununla bağlı məhkəməsi keçirilirdi...

Mia.az


SON XƏBƏRLƏR