Ağstafada güllələnənlərdən birinin ayağı kəsildi - VİDEO

17-06-2019 [15:45]
Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

Hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda"Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. 

Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır/Report.




SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...