Ağstafada film kimi olay: həbsdən yeni çıxan şəxs 4 nəfəri öldürdü, yaralılar da var

17-06-2019 [11:21]

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

Mia.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR