"Moskva Türkiyə ilə aramızı vurmaq istəyir, ancaq biz.." - Pentaqondan mühüm açıqlamalar

16-06-2019 [17:15]
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pahon Amerika-Türkiyə, Türkiyə-Rusiya  münsasibətləri ilə bağlı böyük marağa səbəb olan açıqlamara verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Eric Pahon Moskvanın Türkiyə ilə ABŞ arasındakı S-400 raketləri ilə bağlı ixtilafdan yararlanaraq, iki ölkənin arasını vurmağa çalışdığını deyib.

Pahon "Moskvanın ilk hədəfi NATO-da çatlar yaratmaqdır, ancaq belə bir şey olmayacaq", - deyərək, qeyd edib ki, ABŞ Türkiyənin Rusiyadan alacağı S-400-lərin NATO sistemlərinə uyumlu olmayacağı, həmçinin F-35 savaş təyyarələri ilə bağlı gizli məlumatların Rusiya tərəfındən ələ geçirilə bilinəcəyindən narahatdır. O üzdən S-400-lə bağlı anlaşmaya qarşı çıxırlar: "Hazırda bu iki məsələ ilə bağlı ortaq işbirliyimiz davam edir. ABŞ Türkiyəyə strateji kilid müttəfiqi olan ölkə kimi baxır, görür, çox dəyər verir. Birgə təlimlərə,  imkanlarmızı birgə artırmaq yolunda işləyirik. Bu münasibətlərin dərinliyinə baxmaq lazımdır. Moskva isə Türkiyə-ABŞ arasında S-400 məsələsində yaranan fikir ayrılığından istifadə edəərk, çox dərin münasibətlərimizə zərər verməyə çalışır. Ancaq biz buna imkan verməyəcəyik".

Pentaqon sözçüsü xatırladıb ki, ABŞ-la Türkiyə arasındakı 70 illik müttəfiqlik münasibəti davam edəcək: "Təbii ki, zor zamanlardan keçirik. Belə fikir ayrılıqları istisna deyil. Təbii ki, biz Türkiyənin S-400-dən vaz keçməsini, "Patriot" kimi NATO-yla uyumlu bir sistemin almasını istəyirik".


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...