300 min kürd Yıldırım - İmamoğlu "duel"ində kimi seçəcək? - Ərdoğandan kritik həmlə

img

16-06-2019 [16:41]


Türkiyədə kürdlərin partiyası kimi tanınan HDP-nin həmsədri Selahattin Demirtaş iyunun 18-də azadlığa buraxılacaq.

Mia.az xəbər verir ki, belə bir iddia ilə qəzetçi Nevzat Bingöl çıxış edib.

O, Türkiyə mətbuatına açıqlamasında deyib ki, AKP iqtidarı İstanbul seçkilərinə görə gözlənilməz sayılan bütün addımları atmağa hazırlaşır. 

Belə ki, İstanbuldakı 300 min kürdün səsini almaq üçün Ərdoğan iqtidarı Selahattin Demirtaşın 18 iyunda keçiriləcək növbəti məhkəmə prosesində azadlığa çıxmasını təmin edəcək:  

"Belə bir gözləntinin gerçəkləşmə ehtimalı çox böyükdür. Bundan əvvəl Ferhat Encü də buraxıldı. Amma bu saatdan sonra Öcalanı belə sərbəst buraxsalar, bunun seçkiyə təsiri olmayacaq".

Xatırladaq ki, 23 iyunda İstanbul bələdiyyəsinə seçki keçiriləcək. Həmin seçkilərlə bağlı HDP xeyli əvvəl qərarını açıqlayıb. Belə ki, partiya İstanbuldakı kürdlərin AKP-nin namizədi Binəli Yıldırma deyil, CHP-li Əkrəm İmamoğluna səs verəcəklərini bəyan ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR