Moldova Konstitusiya Məhkəməsi qərarını geri oxudu - İki hakimiyyətliliyə son verildi

15-06-2019 [18:31]
Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Mihay Poalelunj bildirib.

Qeyd olunur ki, söhbət parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlardan gedir.

Bundan əlavə, Zinaida Qreçanının parlamentin sədri təyin edilməsi və Maya Sandunun formalaşdırdığı hökumətin qanunsuz olması barədə əvvəlki qərarlar ləğv edilib.

Məhkəmə sədrinin sözlərinə görə, bunlar yekun qərarlardır/Report.


SON XƏBƏRLƏR