"Hercai"də gözlənilməz ayrılıq - Tezcan getdi

15-06-2019 [18:10]
"Hercai" serialı ilə bağlı ayrılıq xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, ekran işinin ssenarisini yazan Eda Tezcan layihədən uzaqlaşdığını açıqlayıb. 

O bildirib ki, yeni mövsümdən artıq yaradıcı heyətdə yer almayacaq.

Ekran işinin pərəstişkarları son bir neçə bölümdə epizodların təkrar olmasından gileylənib, tənqidlər yazıblar. Senari qrupunda yer alan Feraye Şahin də altıncı bölümdən sonra işdən çıxmışdı.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...