Ölkədə taxıl biçini: hansı rayonda göstərici yüksəkdir? + CƏDVƏL

15-06-2019 [17:49]
Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Mia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla bildirir ki, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

İyunun 15-nə olan məlumata görə, ölkə ərazisində 304509,71 hektar ərazidə taxıl biçini aparılıb, 235628,1 hektar ərazidə arpa, 68881,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 922575,31 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,2 sentner təşkil edir.

Bərdə və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Zərdab, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29256 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir.

 Neftçala, Şəki, Biləsuvar, Bərdə, Samux, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

30610

27,2

Şəki

21626,3

14680

34,0

Biləsuvar

14900

14353

32,0

Sabirabad

9600

9550

37,5

Zərdab

5730

5729,5

30,6

Yevlax

5082,5

5082,5

29,0

Cəlilabad

4509,1

4390

35,1

Bərdə

2568

2568

31,0

Beyləqan

1765

1746

28,0

Samux

3544

3386

34,7

Goranboy

11500

9530

24,0

Qax

2881

2537

26,0

Masallı

2786

2638

20,5

Ağcabədi

5637

5118

33,7

Füzuli

8505

7859

30,6

Ağdam

2215

1951

35,5

Tərtər

3814,5

3198

34,0

İmişli

6322

5491

32,3

Xızı

1925

1385

17,0

Göyçay

6851

5313

32,0

Salyan

9917

8524

34,0

Ağdaş

11473,1

8055

23,5

Saatlı

5822

5533

36,8

Hacıqabul

11008

9236

27,9

Siyəzən

2516

1920

29,1

Balakən

457,7

426

28,7

Cəbrayıl

550

530

30,1

Lənkəran

68

40,8

13,0

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.




SON XƏBƏRLƏR