"Elçibəyin xanımı özünü əsl Azərbaycan qadını kimi tanıda bilib" - YAP-çı deputat

img

15-06-2019 [16:01]


YAP-çı deputat Aydın Mirzəzadə Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın yas mərasimində iştirak edəcək.

Mia.az xəbər verir ki, bu barədə deputat Feysbuk-dakı səhifəsində yazıb:

"Azərbaycan Respublikasının ikinci Prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı verirəm. 

Allah rəhmət eləsin!

Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıda bilib və hörmət qazanıb.

Onun dəfninin təşklinin ölkə Prezidentimiz cənab İlham Əliyevin diqqətində olması, mərhumənin ailəsinə Birinci vitse-prezident hörmətli Mehriban xanımın başsağlığı verməsi, dəfn xərclərini Heydər Əliyev Fondunun öz üzərinə götürməsi bügünkü Azərbaycanın sivlliyini göstərir.

Bir Azərbaycan qadınına olan hörmət kimi, Həlimə xanımın Bakıda yas mərasimində iştirak edəcəyəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR