Böyük Quruluş Partiyası Elçibəyin ailəsinə başsağlığı verdi

img

15-06-2019 [15:12]


Böyük Quruluş Partiyası Əbülfəz Elçibəyin həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib.

BQP-dən Mia.az-a daxil olan başsağlığı məktubunda deyilir: 

"Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyevanın uzun sürən ağır xəstəlikdən sonra Türkiyənin İstanbul şəhərindəki xəstəxanaların birində dünyasını dəyişməsi xəbərini dərin kədərlə qarşıladıq. 

Azərbaycan davasının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım sadə, təvəzökar, əziyyətlərə dəyanətlə sinə gərən və ləyaqətli ömür yaşayan bir Azərbaycan xanımı kimi hər zaman xatırlanacaq. 

Bu hadisədən üzüntümüzü bir daha ifadə edir, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik".

Xatırladaq ki, Həlimə Əliyeva bu gün doğma Kələki kəndində dəfn olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq