Müsavat Partiyası Elçibəyin xanımının vəfatı ilə bağlı nekroloq yaydı

img

15-06-2019 [13:28]


Xəbər verdiyimiz kimi, Azərbaycan mill-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. 

Mia.az xəbər verir ki, Müsavat Partiyası Həlimə Əliyevanın vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir: 

"Bu gün çox acı bir xəbər aldıq. Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra Türkiyənin İstanbul şəhərində xəstəxanaların birində dünyasını dəyişib. Bu xəbərdən kədərləndiyimizi bildirir, yaxınlarına və doğmalarına dərin hüznlə baş sağlığı veririk. 

Allah rəhmət eləsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı