Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

15-06-2019 [13:24]


İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. 

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR