Prezident sahibkarlıq fəaliyyəti ilə bağlı qanunu təsdiqlədi - Dəyişiklik

img

14-06-2019 [19:17]


Prezident İlham Əliyev "Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiq edib. 

Mia.az xəbər verir ki, "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

1.1. 2.1-ci bəndə "hissəsində” sözündən sonra "və 9-cu maddəsinin 3-cü hissəsində” sözləri əlavə edilsin;

1.2. 2.5-ci bənddə "və 3-cü hissələrində” sözləri "hissəsində” sözü ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu nəzərdə tutulur;”.

2. "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanı ləğv edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR