Rəsulzadənin və Nuru paşanın rəsimləri olan avro... - Mərkəzi Bankdan açıqlama

14-06-2019 [18:02]
Avropa Mərkəzi Bankının Azərbaycana aid avro pul nişanının tədavülə buraxılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı sorğu ilə müraciət edib.

Mərkəzi Bankdan verilən məlumata görə, qurum yayılmış məlumatın doğru olub-olmaması ilə bağlı adı hallanan qurum və təşkilatlara sorğu ilə müraciət edib: "Məlumat təsdiqlənəcəyi halda sizə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı tədavülə buraxıb.


SON XƏBƏRLƏR