İcra başçısı sakinlərlə görüşdü: problemlər nəzarətə götürüldü - FOTOLAR

img

14-06-2019 [17:43]


İyunun 13-də rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsində yaşayan sakinlərlə 8 Mart adına mədəniyyət evində növbəti səyyar qəbul-görüşü olub

Mia.az xəbər verir ki, görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Yeni Suraxanı qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak edib

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən carin ilin əvvəlində qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə tam dolğunluğu ilə məlumat verib.

Sonra Suraxanı rayonunda, o cümlədən Yeni Suraxanı qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar qəbul-görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirib, müvafiq izahatlar verilib və qaldırılan  məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib, onların həlli nəzarətə götürülüb.






Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq