14-06-2019 [17:06]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru» mövzusunda konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü lə reallaşdırılmış toplantı 15 iyun Milli Qurtuluş Gününə həsr olunub.
Şuradan Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin qurtuluş tarixidir: "Bu, ideoloji bir hadisədir. Çünki Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.Xalqla dövlət arasında möhkəm bağ yaratdı. İnsanlarda dövlətin əbədiyaşarlığına inam formalaşdırdı".
«Heydər Əliyevi böyük dövlət xadimi və milsilsiz siyasətçi kimi xarakterizə edən cəhətlər həddən artıq çoxdur. Biz onun böyüklüyünün jurnalistikaya, jurnalistlərə münasibətdə görünən tərəflərindən bəhs etmək üçün toplaşmışıq. O, jurnalistikanın missiyasına müstəsna dəyər verirdi. Medianın funksiya və vəzifələrini dövlət idarəçiliyi baxımından uzlaşdırmağı məharətlə bacaran, dünya tarixinin gördüyü çox az siyasətçilərdən idi», - deyən Ə.Amaşov vurğulayıb ki, ulu öndərin kütləvi informasiya vasitələrinə diqqət və qayğısı dövlət siyasətində də özünü göstəririb.
Şura sədri çıxışında həmçinin 1998-ci ildə senzuranın aradan qaldırılmasına və media ilə bağlı fundamental qanunvericilik təşəbbüslərinə diqqət çəkib: «Bütün bunlara görədir ki, jurnalistlər hər zaman Heydər Əliyevi özlərinə dost biliblər. O da qələm sahiblərinə daim dost münasibəti ilə yanaşıb».
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli ulu öndər Heydər Əliyevin əsl millət fədafisi olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik illərində millət üçün çalışmaq əzmini ortaya qoymuşdu: "Burada söhbət yalnız idarəçilikdən deyil, eyni zamanda xalqı xilas etməkdən gedir. Heydər Əliyev əməli addımları ilə xalqın milli mənlik şüurunun qorunmasına çalışırdı. Bu zaman medianın roluna əsaslanırdı".
MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət idarəçiliyi sistemi yaradıb: "Bu sistemdə medianın da böyük rol oynadığını vurğulayan baş redaktor əlavə edib ki, jurnalistlərin peşəkarlığı, media qununvericiliyinin mükəmməlliyi və bir sıra digər mühüm cəhətlər medianın demokratik cəmiyyət qurucuğu yolundakı vəzifələrinə fundamental yanaşma tərzinin bənzərsiz nümunəsidir. Heydər Əliyev bu nümunənin müəllifi idi".
«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay çıxışında Heydər Əliyev şəxsiyyətinin media ilə işləməyi bacarmaq xüsusiyyəti üzərində dayanıb. O bildirib ki, ulu öndər jurnalistlərin yazdıqlarını şəxsən oxuyurdu.
«Bir jurnalist üçün ölkə başçısının onun yaradıcılığını izlədiyini bilməkdən dəyərli heç nə yoxdur», - deyən İ.Tuncay fikrinə aydınlıq gətirib.
«Dahi Frensis Bekon deyirdi ki, tarixi şəxsiyyətlər iki qrupa bölünür. Dövləti quran və dövləti qurub, yaşadan. Heydər Əliyev müasir Azərbaycan Respublikasını qurdu və yaşatdı», - deyən MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Heydər Əliyevin müəllifi olduğu nəhəng layihələr yalnız Azərbaycanın beynəlxalq arenadakı yeri və rolunu müəyyənləşdirmədi, ümumən beynəlxalq siyasətin konturlarını dəyişdi: "Bu, son dərəcə böyük, bənzərsiz tarixi missiya və xidmət nümunəsi idi".
MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında Heydər Əliyevin media ilə təmaslarındakı ayrı-ayrı epizodlara toxunub. O, eyni zamanda bildirib ki, ulu öndər məmur-mətbuat ziddiyyətlərində hər zaman medianın təəssübünü çəkir və məmurlara tənqidə dözümlü olmağı tövsiyə edirdi: "Bu isə ümumən demokratik cəmiyyət quruculuğu prosesinin, plüralizmin dərinləşməsi baxımından mühüm addım, nümunə idi".
Azərbaycan Respublikasının Ali Məhkəməsinin mətbuat katibi Allahverdi Məmmədli çıxışında ulu öndər Heydər Əliyevi həm böyük dövlət xadimi və siyasətçi, eyni zamanda mili-mənəvi dəyərlərə bağlı bütöv şəxsiyyət olaraq səciyyələndirən cəhətlərə toxunub, xatirələrini bölüşüb.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO