İcra başçısı sakinlərlə görüşdü, müvafiq tapşırıqlar verdi - FOTOLAR

img

14-06-2019 [13:41]


Nəsimi İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti  səyyar qəbul keçirib.

İH-dən Mia.az-a verilən məlumata görə, icra başçısı sakinlərin müraciətlərini dinləyib, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə aparıb.

Mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri,  Moskva prospekti ərazilərində yaşayan sakinlərin də iştirak etdiyi qəbulda çıxış edən icra başçısı Milli Qurtuluş Günündəın söz açıb. 

İcra başçısı 15 iyun”un  müstəqillik tariximizə qızıl hərflərlə yazıldığını, həmin günün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biri olduğunu, indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövlətinin məhz Milli Qurtuluş Günü sayəsində sayılıb - seçilən müasir dünya dövlətləri sırasına qoşulduğunu, həmin gündən başlayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqını, millətini və bütövlükdə, Vətənimizi düçar olduğu ağır bəlalardan, məhv olmaqdan qurtardığını, müstəqil dövlətimizin sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə etdiyini, torpağına, xalqına, Vətəninə sonsuz məhəbbətlə bağlı olan Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyinin xilasının, bugünkü müstəqilliyimizin əsasını qoyduğunu vurğulayıb.

Bildirilib ki, Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, bugünkü firavanlıqdan, əmin-amanlıqdan, sabitlikdən, inkişafdan, dövlətimizin dünya birliyində söz sahibinə çevrilməsindən danışmaq mümkün olmazdı və Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Sakinlərdən  Qasımov Kənan, Məmmədov Cavad, Nağıyev Mahir, Cabbarova Şahsənəm, Tağıyeva Zenfira,  Osmanov Müzəffər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşıllqların suvarılması və yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi barədə müraciətlər etmişlər.

Qəbulun gedişində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində  görülən işlər xüsusi vurğulanmışdır.

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində  Asif Məhərrəmov küçəsi 34-42 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunmuş, müzakirələr aparılmış, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı