Nəsimi rayonunda "Nəsimi ili" ilə bağlı növbəti tədbir keçirilib - FOTOLAR

img

14-06-2019 [13:30]


Nəsimi rayonunda "Nəsimi ili” ilə bağölı keçirilən silsilə tədbirlər davam edir.

Mia.az xəbər verir ki, növbəti tədbir Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə keçirilib. 

Qonaqlar ilk öncə məktəbin foyesində "Nəsimi poeziyası” mövzusunda  məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir: "1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb".

Natıq "Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verib.  

Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.  




















Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq