Bakı polisindən “Son zəng” açıqlaması: "Xoşagəlməz hal qeydə alınmayıb”

img

14-06-2019 [13:11]


"Bakı məktəblərinin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib, "Son zəng” mərasiminin normal şəraitdə keçirilməsinin təmin olunması məqsədi ilə polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

BŞBPİ sözçüsü deyib ki, "Son zəng” mərasimlərinin yüksək təhlükəsizlik və ictimai sabitlik şəraitində keçirilməsi üçün yerlərdə əlavə polis naryadları xidmət aparır: "Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəbdə hər hansı qalmaqal baş verməyib, iştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunub. Nəzərdə tutulan tədbirlər öz ahənginə uyğun davam edir. Bu saata qədər hər hansı xoşagəlməz hal qeydə alınmayıb”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq