Separatçı ”Abxaziya qəhrəmanı” Xankəndində

img

14-06-2019 [12:17]


Kamal Salayev,

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

E–mail: [email protected]

***


Separatçı Abxaziyadan olan "xarici işlər naziri" Daura Kovenin rəhbərliyi altında olan bir qup nümayəndə heyəti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisinə - Xankəndinə gəlmişlər. "Abxaziyanın qəhrəman heyəti”nin tərkibində Abxaziyanın erməni icmasının sədri, Baqramyan adına batalyonda dinc Gürcüstan əhalisinə qarşı törətdikləri vəhşiliklərilə ad qazanmış Qalust Trapizonyan və Valeriy Mayromyan olmuşlar.

Ora həmçinin, qondarma "Cənubi Osetiya”nın "prezidenti” Anatoliy Bibilovun rəhbərliyi ilə separatçı Tsixinvalinin nümayəndə heyəti də gəlmişdir.

Abxaziyadan olan erməni separatçı heyəti, qondarma "Arsax respublikası”nın "xarici işlər naziri” Masis Mayılyan və "Cənubi Osetiya”nın "prezidenti” Anatoliy Bibilov, erməni təcavüzkarları tərəfindən tutulan və XIII əsrin memarlıq abidəsi eləcə də albanlara məxsus olan Dadivank monastrını "ziyarət” etmişlər. Həmçinin separatçılar və erməni teroristləri "Avropa futbol çempionatı ConIFA-2019”-un açılış mərasimində iştirak etmişlər. Sözügedən çempionatda komandaların yarısı "Arsax”ın, yarısı "Qərbi Ermənistan”ın erməni separatçıları eləcə də digər yarısı isə separatçı Abxaziya və "Cənubi Osetiya” olmuşdur.

Təbii ki separatçılar və əliqanlı canilər Abxaziyada Gürcüstanın əhalisini məhv etməkdə təqsirkardırlar. Onlar İrəvan vasitəsilə işğal olunmuş Xankəndinə gəlmişlər. Ermənistan hökuməti onları ən yaxşı şəkildə qarşılayaraq, işğal olunmuş Azərbaycan torpaqlarına aparıblar.

Eyni zamanda Qalust Trapizonyan bunu ilk dəfədir ki, etmir. O özü noev-kovcheg.ru saytına verdiyi müsahibədə bildirib ki, Baqramyan adına batalyonun erməni döyüşçüləri və Abxaziyanın digər separatçı qrupları 2016-cı ilin aprelində, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Qarabağda milli ordumuza qarşı vuruşublar.

"2016-cı ilin aprel hadisələrində biz hamımız "Arsax”ın müdafiəsinə qalxdıq. Bizim könüllülərimiz Qarabağa getdilər. Onlar öndə idilər.” – deyə Trapizonyan öz müsahibəsində qeyd edib.

Bu başkəsənlər Qarabağda hansı bacarıqlarını həyata keçirməyə çalışırdılar? 

Erməni millətçisi Zori Balayanın xatirələrinə əsasən bunu təxmin etmək o qədər də çətin deyil. Məhz bu xatirələrdə o Qarabağdakı sülhsevər Azərbaycan xalqına ermənilərin necə zülm verdiyini təsvir etmişdir. Nəzərə almaq lazımdır ki 2016-cı ilin aprel ayında Azərbaycan ordusu erməni təcavüzkarlarına layiqli cavab verdi. Ermənistan ordusu ağır itkilər verdi. Belə ki ermənilərin 30 tankı məhv edildi, 500-dən artıq əsgəri yaralandı, 320 döyüşçüsü isə öldürüldü. Azərbaycan ordusu aprel döyüşləri zamanı Tərtərin Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndini, Cəbrayılın Lələ təpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboyun Gülüstan kəndini, Tərtərin Qazaxlar kəndini və Madaqiz kəndi istiqamətində olan yolları azad etdi. Bir sözlə bu səfər qatil Qalust Trapizonyanın və onun əməkdaşlarının bacarıqları heç bir işə yaramadı.

Amma erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarda ermənilər gərginliyi artırmağı davam edirlər. Bu baxımdan istisna deyil ki, həmin Abxaziyadan olan erməni başkəsənləri yenidən Qarabağa köçürülə bilər. Bütün bunlar - gürcü cəmiyyətinin qatillərini qarşılayan, eləcə də Gürcüstanla "dostluq və qardaşlıq” haqqında olduca çox danışan və hətta eyni zamanda özləri üçün separatçı Abxaziya vasitəsilə malların tranzitini təşkil etməyə çalışan, lakin qaçqınların geri qaytarılmasına çalışmayan İrəvan rejimi tərəfindən təşkil olunur.

Qalust Trapizonyan açıq şəkildə fəxr edir ki, o, gürcüləri məhv etmiş və "Abxaziya qəhrəmanı” adını almışdır. 

Onun bu barədə "Эхо Кавказа” saytına verdiyi müsahibəsini təqdim edirik:

Anaid Qoqoryan: Qalust Parnakoviç, hamımız Abxaziyanın qəhrəmanı olmağınızı bilirik, özünüz haqqında bir qədər danışın. İndi siz nə ilə məşğul olursunuz?

Qalust Trapizonyan: Mən müharibə qəhrəmanı yox, əmək qəhrəmanı olmaq istərdim. Həqiqətən, mən erməni olduğum üçün qürur duyuram və sevinirəm ki, erməni batalyonu bütün vəzifələrini yerinə yetirmişdir. Bunu bizim baş komandanımız olan Abxaziyanın birinci ”prezidenti” Vladislav Qriqoreviç Ardzinba qeyd etmişdir, həmçinin Müdafiə naziri olan Sulton Sosnalıyev qeyd etmişlər ki, erməni batalyonu ən intizamlı ordulardan biri olmuşdur. Elə bir intizam olmuşdu ki biz bütün əmrləri yerinə yetirdik. Bu hərbi əməliyyatlarla bağlı idi. Müharibədən sonra təbii ki bir çox problem var idi. Biz uşaqlarımızı vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Vətənimiz Abxaziyadır. Və biz uşaqlarımızı Abxaziyanın vətənpərvərləri kimi yetişdirməyə borcluyuq. Və biz əlbəttə ki Abxaziya dövlətini qurmaq üçün əlimizdən gələni edəcəyik.

Qalust Trapizonyan, onun və Baqramyan adına batalyonunun "bütün tapşırıqları yerinə yetirməsi” ilə lovğalanır. Belə ki onlar özlərinin Abxaziyada gözəl yaşaması üçün gürcüləri öldürmüş və vətənlərindən qovmuşlar. Bununla yanaşı Qalust Trapizonyan özü üçün yaxşıca gəlir yeri də tapmışdır. O, "Qaqripş” adlı sanatoriyanın sahibi sayılır və oradan böyük gəlir əldə edir.

Trapizonyan kimi cəlladların mövcud olmaları ilə yanaşı İrəvana sakitcə uça bildikləri təqdirdə, gürcülər Trapizonyan və digər döyüşçülər tərəfindən vəhşicəsinə öldürülən dostlarının və qohumlarının qəbirlərinə getmək hüququndan belə məhrumdurlar.

Gəlin müsahibənin davamına nəzər salaq:

Anaid Qoqoryan: Mən sizin Abxaziyada erməni kilsəsinin tikilməsindəki rolunuz haqqında danışmaq istərdim.

Qalust Trapizonyan: Mən ilk növbədə Vladislav Qriqoreviç Ardzinbaya minnətdarlığımı bildirirəm, o zaman parlamentin spikeri Sokrat Raçeviç Jinjolia, rəhbəri isə Ruslan Yazıçba idi. Əvvəlcə bu, 1992-1993-cü illərdə "Abxaziya xalqının müharibəsi” zamanı ölənlərin xiyabanı olmalı idi. Belə bir təkliflə "prezident”in yanına gələndə o bu təklifi dərhal təsdiqlədi. Sonra Qaqra şəhərində bir yer ayrıldı və ölülər xiyabanını qurduq. Sonra oraya gəlib ölən qardaş və bacılarımızın xatirəsini yad etmək üçün kiçik bir kilsə tikmək məcburiyyətində qaldıq. Təəssüf ki yer çox kiçik idi və onda kilsə tikmək qərara alındı. Üç il əvvəl kilsənin açılış mərasimi olmuşdur ki, bu kilsəyə millətindən asılı olmayaraq hər kəs gələ bilər. Bizim türbənin rəhbəri var. Bu Eçmiədzinin nümayəndəsi Ter Sedrak Aznavuryandır.

Bəli, Abxaziyadakı ermənilərin öz kilsələri var və onlar gürcülərdən başqa hər kəsi dəvət edirlər. Ancaq gürcülərə "erməni qardaşları” nə Qaqrada, nə də ümumiyyətlə separatçı Abxaziyada görünməyə icazə vermirlər. BMT-in Baş Assambleyasında Ermənistana qarşı müntəzəm olaraq səs verilir. Bundan əlavə erməni "qardaşları” Gürcüstanın 465 kilsəsini mənimsəmişlər. Onlar Gürcüstan ərazisindəki qədim gürcü abidələrini riyakarcasına məhv edirlər.

Qalust Trapizonyan kimi cinayətkarlar mühakimə olunmaları üçün Gürcüstan hökumətinə təhvil verilməlidir. Lakin Ermənistan qondarma Dağlıq Qarabağ vasitəsilə Suxumi və Tsixinvalinin separatçı rejimlərini dəstəkləyir və onların nümayəndə heyətini qəbul edir.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR