Ölkədə taxıl biçini: hansı rayonda göstərici yüksəkdir?

img

14-06-2019 [12:00]


Bu günə qədər Azərbaycan ərazisində 280 623 hektar ərazidə taxıl biçini aparılıb. 

Mia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla bildirir ki, bunun 225 782 hektarı arpa, 54 841 hektarı isə buğda əkilmiş ərazidir. 

Ümumilikdə bu günə qədər ölkə üzrə 843 624ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. 

Kürdəmir, Sabirabad Beyləqan, Zərdab, Yevlax, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. 

Kürdəmir ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 29 161 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir.

 Sabirabad ərazisində arpa əkilmiş 9 600 hektar sahənin 9 550 hektarı artıq biçilib. 

Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. 

Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq