"Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə "Geländewagen" alsın" - Xalq artisti + VİDEO

13-06-2019 [23:07]
"Libaslarımın qiymətini demirəm. Özümü elə tanıtmaq istəmirəm. 5 manatlıq parçadan da gözəl libas tikmək olar. Əsas onu təqdim etməkdir. Qiymət heç nəyi ifadə etmir".

Bu sözləri Xalq artisti Nisə Qasımova "Şou news" verilişində deyib.

 Müğənni avtomobilini, evini reklam edənləri qınayıb. Qasımova müğənni Aytac Vidadiqızının bahalı avtomobili ilə öyünməsini isə tənqid edib:

"Təkəbbürlükdən acığım gəlir: paltar, maşınla öyünürlər. Maşınların kralı olub məndə, heç vaxt dilə gətirməmişəm. Çəkilişdən də qaçmışam. Heç adlarını da bilmirəm. Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə "Geländewagen" alsın. Heç bilmirəm ki, o, necə maşındı, neçə qapısı var".



SON XƏBƏRLƏR