Ərdoğandan Gül və Davudoğluna sərt təpki: "Kişilik, şəxsiyyət çox önəmlidir"

img

13-06-2019 [22:43]


Türkiyə prezidenti, AKP lideri Ərdoğan ad çəkmədən partiyasından ayrılan və yeni partiya yaratmaq istiqamətində aylardır fəaliyyət göstərən sabiq prezident Abdullah Güllə keçmiş baş nazir Əhməd Davudoğluna sərt mesaj göndərib.

Mia.az xəbər verir ki, AKP-nin qrup toplantısında çıxış edən Ərdoğan ad çəkmədən keçmiş silahdaşlarına etirazını bildirib

"AKP-dən bir şeylər qoparacağını zənn edənlər keçmişdə də bu cür yollara baş vurdular. Bəzilər hətta qrup quracaq nöqtəyə gəldilər. Ancaq onlardan indi heç bir şey qalmayıb. Hamısı getdi, siyasətdən silindilər. Haradan haraya yəni. Kişilik, şəxsiyyət çox önəmli bir şeydir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq